Accessibility links

Israilin baş naziri yeni hökumət yaradıla biləcəyini deyir - 2004-02-03


İsrailin baş naziri Ariyel Şaron koalisiya partnyorları onun Qəzza zolağında yahudi məskunlaşmasının dayandırılması planına mane olsalar, yeni hökumətin təşkil ediləcəyini bildirib. İsrail qəzetlərindən birinə müshibə verən baş nazir onu ölkənin idarəçiliyindən kənar edən heç bir qüvvəyə baş əyməyəcəyini bildirib. Milli Din Partiyasıın lideri xəbərdarlıqla çıxış edərək, yahudi məskunlaşması planı kabinet debatlarında yer almasa hökumətin süquta uğrayacağını bildirib. Qəzza sakinləri isə 17 yaşayış məntəqəsinin bu bölgədən köçürüldüyü təqdirdə, baş nazirin hakimiyyətdən salınmasına çalışacaqlarını deyiblər.

XS
SM
MD
LG