Accessibility links

Mərkəzi Kəşfiyyat agentliyinin başçısı İraqla bağlı kəşfiyyat məlumatlarını müdafiə etdi - 2004-02-05


Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat agentliyinin başçısı Corc Tenet müharibədən əvvəl İraqla bağlı kəşfiyyat məlumatlarını müdafiə edib. Bu gün Vaşinqtonda çıxış edən cənab Tenet deyib ki, kəşfiyyat məsələləri üzrə mütəxəssislər İraqın qeyri-qanuni silahların müəyyən növlərinə malik olduğuna və digər silah növlərini inkişaf etdirməyə çalışdığına inanırdılar. Bununla belə, Corc Tenet Amerikanın kəfşiyyat agentlərinin Səddam Hüseyn rejiminin mahiyyətini dərk etməkdə çətinlik çəkdiyini qeyd edib. Cənab Tenet kəşfiyyat məlumatlarının dəyişdirilməsi üçün təzyiq göstərildiyini rədd edərək prezident Buşun bütün faktların birbaşa və düzgün təqdim edilməsini istədiyini demişdir.

XS
SM
MD
LG