Accessibility links

Kipr adası ilə bağlı danışıqlar başlayır - 2004-02-06


Kiprin türk icmasının lideri Rauf Denktaş BMT-nin sponsorluğu ilə adanın birləşdirilməsi danışıqlarında iştirak edəcəyini bildirib. Bu gün Nakosiyada müxbirlərlə görüşü zamanı cənab Denktaş bazar günü Nyu- Yorkda Kiprin yunan icmasının lideri və BMT-nin baş katibi Kofi Annanla görüşəcəyini deyib. Cənab Denktaş BMT-nin baş katibinə tükr icmasının BMT-nin birləşmə planına etirazlarları ilə bağlı məktubunu çatdıracaq. BMT-nin baş katibi Kofi Annan Kiprlə bağlı razılığın mart ayının sonundək əldə edilməsini istəyir.

XS
SM
MD
LG