Accessibility links

Demokrat namizəd Con Kerrinin mövqeyi güclənir - 2004-02-06


Demokrat partiyasından prezidentliyə namizədlərin önündə gedən senator Con Kerri bü gün rəqibi konqresmen Riçard Gepharddan böyük dəstək əldə edib. Keçən ay prezidentliyə namizəd cənab Gephard Ayova ştatında lazımı səs əldə edə bilmədikdən sonra namizədliyini geri götürüb. Təhlilçilərin fikrincə indi həmkarlar ittifaqlarının dəstəyi senator Kerriyə veriləcək. Demokratların seçkiqabağı yarışlarının digər bir iştirakçıısı Vermont ştatının qubernatoru Hovard Din hələ ki, namizədliyinin geri götürməsi kimi məsləhətləri qəbul etmir.

XS
SM
MD
LG