Accessibility links

BMT-nin ekspertləri İraqda seçki şəraitini öyrənir - 2004-02-07


BMT-nin baş katibi Kofi Annan İraqda seçki şəraitini öyrənmək üçün siyasi ekspertlər qrupunun Bağdada yetişdiyini bildirib. Cənab Annan ekspertərin müvəqqəti hökuməti təşkil etmək məsələsi ətrafında yaranmış “çıxılmaz vəziyyəti” həll etməyə kömək edə biləcəklərinə ümid bəslədiyini deyib. Siyasi ekspertlərdən ibarət qrup Birləşmiş Ştatların başçılıq etdiyi koalisiyanın iyun ayında hakimiyyətin iraqlıların özünə ötürülməsindən sonra seçkilər keçirmək planına alternativ vatiantları öyrənir. İraq şiələrinin liderləri planı tənqid edir və hakimiyyətin ötürülməsindən öncə seçkilər keçirilməsini tələb edirlər. BMT-nin baş katibi Kofi Annan deyib ki, bunun üçün təyin olunmuş 30 iyun tarixinin təxirə salınması mümkün ola bilər.

XS
SM
MD
LG