Accessibility links

Konyada 16 yaşlı oğlan binanın dağıntıları altından sağ çıxarılıb - 2004-02-08


Türkiyənin Konya şəhərində bir həftə əvvəl dağılan 10 mərtəbəli binanın dağıntıları altından 16 yaşlı bir oğlan xilas edilib. Məhəmməd Kalem adlı bu yeniyetmə 6 gün dağıntılar altında xilasetmə işçilərinin səsini eşitdiyini və xilas ediləcəyi ümidlərini itirmədiyini bildirib. Qeyd edək ki, binanın uçması 66 adamın ölümünə yol açmışdır. Səlahiyyətli nümayəndələr dağıntılar altında hələ 40-a yaxın cəsədin qaldığına inanırlar. Hadisəyə görə inidiyədək 2 inşaatçı məsuliyyətə cəlb edilmişdir.

XS
SM
MD
LG