Accessibility links

Saakaşvili Moskvadadır - 2004-02-10


Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına çağırmış, lakin bir daha tələb etmişdir ki, Moskva Gürcüstanda Sovet dövründən qalan hərbi bazalarını bağlamalıdır. Cənab Saakşvili bu bəyanatı Rusiyaya iki günlük səfərin startında verib. O, Moskvada universitet tələbələri qarşısında çıxış edərək ölkəsinin Rusiya ilə bugünkü münsabətlərinin qəbuledilməz dərəcədə aşağı səviyyədə olduğunu bildirib. O, Gürcüstanın açıq və konstruktiv dialoqa hazır olduğunu bəyan edib. Cənab Saakaşvii sabah Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

XS
SM
MD
LG