Accessibility links

Prezident Buş beynəlxalq ictimaiyyəti əməkdaşlığa çağırır - 2004-02-11


Prezident Buş kütləvi qırğın silahlarının yayılmasının qarşısını almaq üçün beynəlxalq sahədə daha geniş əməkdaşlıq aparılmasına çağıracaq. Ağ Evdən bildirildiyinə görə Amerika prezidenti Milli Müdafiə Universitetində bu gün edəcəyi çıxışında dünya ölkələrindən tələb edəcək ki, qanunu tanımayan ölkələrin kütləvi qırqın silahlarını ələ keçirmələrinin qarşısını alsınlar. O, bu sahədə həssas texnologiyanın yayılmasına mane olmaq üçün atılacaq addımları açıqlayacaq. Amerika prezidentinin çıxışı nüvə sahəsi üzrə alim, pakistanlı Əbdul Qədir Xanın nüvə texnologiyasını İran, Şimalı Koreya və Liviyaya satdığının bildirilməsindən bir həftə sonraya təsadüf edir.

XS
SM
MD
LG