Accessibility links

Amerikanın Səsinin müxbiri Rusiyada itgin düşüb - 2004-02-11


Amerikanın səsinin sabiq müxbiri Rebekka Santananın itgin düşdüyü bildirilir. Birləşmiş Ştatların Moskvadakı səfirliyi bir amerikalı müxbirin Şimali Osetiyanın Mozdok şəhərinin yaxınlığında itgin düşdüyünü təsdiq edib. Moskva polisi də Amerikanın səsinin Moskva bürosunun sabiq əməkdaşı 32 yaşlı Rebekka Santananın itgin düşdüyünü bildirib. O, indi Koks sendikat qəzetinin Moskvadakı müxbiridir. Əvvəllər də Şimali Qafqazda bir sıra əcnəbi jurnalist və humanitar yardım işçiləri itgin düşmüşdülər. İtgin düşən humanitar yardım işçilərinin arasında Hollandiyalı Arcan Erkel və yerli müxbir Əli Astamiro da var. Arcan Erkəl 2002-ci ildə, Əli Astamiro isə keçən ilin iyul ayında girov götürülmüşdü. Yerli hökumət rəsmiləri və prezident Putin girov götürülənlərin azad edilməsinə çağırmışdı. Koks sendikat qəzetinin redaktoru Çak Holmes deyib ki, xanım Rebekka Santana Çeçenstan bölgəsinə aid məlumat vermək üçün bazar günü təyin olan yerə görüşə gəlməli idi. Lakin o həmin yerə gəlməmişdir. Xanım Santana Kolumbiya universitetinin məzunudur. O ilk dəfə 1999-cu ildə Moskvaya səfər etmişdi. Ondan qabaq Estoniyada yaşamış, rus dilini öyrənmiş və Estoniyada ingilis dilində nəşr olan qəzetdə işləmişdi.

XS
SM
MD
LG