Accessibility links

İRAN NÜVƏ SİLAHI İSTEHSAL ETMƏYƏMİ ÇALIŞIR? - 2004-02-12


Birləşmiş Ştatlar Dövlət Katibinin müavini Con Bolton bildirib ki, Vaşington hələ də İranın nüvə silahı istehsal etməyə çalışdığına inanır. O deyib ki, Tehranın, nüvə proqramının sülh məqsədli olması barədəki iddialarına baxmayaraq Birləşmiş Ştatların, İranın nüvə silahı istehsal etmək məqsədi barədə şübhəsi yoxdur. Bu gün diplomatlar bildiriblər ki, Birləşmiş Millətlər Təşkilatının İrandakı nüvə müfəttişləri, nüvə bombası istehsalında ehtiyac olan uranın zənginləşdirilməsində istifadə edilə biləcək bir maşının layihəsini tapmışlar. Bu layihə nüvə müfəttişlərinin Liviyada tapdıqları planlara uygun gəlir. Digər tərəfdən bu gün İranda Parlament seçkiləri üçün rəsmi kampaniya başlayıb. İki mindən çox islahat tərəfdarı namized nəzarət şurasının qadağan etmə qərarına görə bu seçkilərdə iştirak edə bilməyəcək.

XS
SM
MD
LG