Accessibility links

Iran nüvə yanacağı istehsalına hazırdır - 2004-02-14


İranın xarici işlər naziri Kəmal Xərrazi İranın nüvə yanacağı istehsalı potensialına malik olduğunu və bunun dünya bazarlarına çıxarmasına hazır olduğunu deyib. Dövlət xəbər agentliyi İRNA-nın xarici işlər nazirinə istinadən verdiyi məlumatda deyilir ki, İran hələ də BMT-nin müfəttişləri ilə əməkdaşlığa hazırdır. Xarici işlər naziri Xərrazi bir daha İran İslam Respublikasının nüvə silahları istehsal etmək niyyətində olmadığını bildirib.

XS
SM
MD
LG