Accessibility links

Əfqan polisində qadınlara yer verilir - 2004-02-16


Əfqanıstanda son on il ərzində ilk dəfə olaraq 7 dul əfqan qadını polis sıralarına qoşulur. Qadınlar bu gün Əlillər və Şəhidlər nazirliyinin göstərişi ilə Kabilin Milli Polis Təlimləri Mərkəzində qeydiyyata alınıblar. 8 həftəlik təlimlərdən sonra onların təhlükəszlik xidmətində yer alacağı gözlənilir. Qadın məsələləri üzrə nazir müavini Sürəyyə Rəhim bildirib ki, qadınlara qarşı cinayətlərlə mübarizə məqsədi ilə polis qüvvələrinin daha artıq qadına ehtiyacı var.

XS
SM
MD
LG