Accessibility links

Demokratlar qızğın yarışlara hazırlaşır - 2004-02-16


Demokrat partiyasından prezidentliyə 5 namizəd dünən dövlət praymerisindən cəmi 2 gün əvvəl Viskonsin ştatının Milvoki televiziyası ilə keçirilən debatlarda iştirak etmişlər. Namizədlər aralarında heç bir münaqişəyə yol vermədən, yalnız prezident Buş haqda danışmışlar. Namizədlərin hamısı prezident Buşun İraqa qarşı müharibəni necə apardığı, iqtisadiyyat və digər məsələlərə toxunmuşlar. Demokrat partiyasından namizədlərin önündə gedən Massaçussets ştatından senator Con Kerri və Şimali Koralina ştatından senator Con Edvardsa eyni-prezident Buşa müharibə səlahiyyəti verilməsi ilə bağlı səsvermədə iştirak etdikdə, hər hansısa məsuliyyət hiss etdinizmi sualı verilmişdi. Suala ilk cavab verən senator Kerri Konqresin Buşa vetdiyi səlahiyyətdən necə istifadə etməsini kəskin tənqid etmişdi. “Bu prezident yanlış yolu seçərək, müharibəni tələsdirmişdi. Hazırda o, vergi ödəyən amerikalıların milyardlarla dollarını bizim düzgün hesab etmədiyimiz koalisiyaya sərf edir, hərbi qüvvələrimizi risk qarşısında saxlayır”-deyə senator bildirmişdi. Senator Edvard demişdir ki, prosesə cəlb edilən hər bir kəs müharibənin məsuliyyətini daşıyır. Lakin o, prezident Buşun İraqın yenidənqurma işlərinə daha çox ölkəni cəlb etməli olduğunu demişdir. Senator Edvardsın indiyədək kampaniyasında bir məsələdə-korporasiyaların istehsalı xarici ölkələrə köçürməsi ilə iş yerlərinin itirilməsində daha çox dəstək toplamışdır. Senator demişdir: -Bizm Amerika şirkətlərinə xarici ölkələrə köçüb, vergi ixtisarı əldə etməsi, milyonlarla iş yerinin itirilməsinə imkan verməyimiz tamamilə ağlasızmaz bir hərəkətdir. Bu şirkətlərin vergilərini azaltmaqdansa, iş yerlərini burada-Amerikada saxlamalıyıq. Vermont ştatının keçmiş qubernatoru Hovard Din iş yerlərinin itirilməsinin əsas səbəbi kimi azad ticarət razılıqlarını göstərmişdi. “Azad ticarət razılıqlarına haqq qazandırılır. Bununla biz problemlərin yalnız yarısını həll etmiş oluruq. Biz şirkətlətin hüquqlarını qloballaşdırır, onlara dünyanın istədikləri yerində işləməyə imkan yaradırıq. Biz insan, əmək və ətraf mühit hüquqlarını qloballaşıdrmırıq”-deyə o vurğulamışdır. Azad ticarət razılıqlarına səs verən senator Kerri əvvəllər əmək qanunları və ətraf mühit standarları nəzərə alınmayan heç bir razılığı dəstəkləməyəcəyini deyirdi. Viskonsində aparılan sorğular senator Kerriyə birincilik verir. Senator Edvardsın ikici, lakin möhkəm yer aldığı da müşahidə edilir. Yarışlarda iştirakını davam etdirməsi üçün Viskonsində qələbə əldə etməsinin vacibliyini qeyd edən Hovard Din isə indi bundan asılı olmayaraq, namizədliyini geri götürməyəcəyini deyir. Lakin təhlilçilər Hovard Dinin az səs əldə etdiyi təqdirdə, yarışlardan geri çəkiləcəyini proqnozlaşdırırlar.

XS
SM
MD
LG