Accessibility links

Uiskonsində demokratların ilkin seçkiləri keçirilir - 2004-02-17


Bu gün Birləşmiş Ştatların Uiskonsin şatatında demokrat partiyasından prezidentliyə namizədlərin yarışı keçirilir. Senator Con Kerrinin partiyasından namizədliyi irəli sürüləcəyi təxmin edilir. Son rəy sorğuları Masaçussets ştatından senator Kerrinin Uiskonsində ona yaxın rəqibləri- Şimali Koralina statından senator Con Edvards və Vermont ştatının keçmiş qurbarnatoru Hovard Dindən irəlidə olacağını göstərib. Lakin ştatın ən nüfuzlu qəzetlərindən biri Con Edvardsın kampaniyasını alqışlayaraq, onun noyabr seçkilərində prezident Buşa qarşı mübarizədə uğurlu ola biləcəyini yazır. İlkin seçkilərin nəticəsi bir neçə saatdan sonra məlum olacaq.

XS
SM
MD
LG