Accessibility links

Çin ABŞ-ın səylərinə qoşulur - 2004-02-17


Çin Birləşmiş Ştatların Koreya yarımadasında sülhün təminat altına alınması istəyini bölüşdüyünü bildirib, lakin gələn həftə Şimali Koreydan tələb etdikləri ilə bağlı Vaşinqtonla razılıq əldə edildiyi barədə məlumat verməyib. Çinin Xarici İşlər Nazirliyinin bügünkü bəyanatı Birləşmiş Ştatların baş silah müfəttişi Con Boltonun dedikləri ilə ziddiyyət təşkil edir. Bu, iki ölkə arasında Şimali Koreyanın nüvə silahları istehsalından əl çəkməsinə necə təssir göstərilməsində fikir ayrılıqlarına malik olduğuna işarədir. Birləşmiş Ştatların dövlət katibinin müavini Con Bilton dünən Çində bildirmişdi ki, Amerika Birləşmiş Ştatları Şimali Koreyanın nüvə proqramlarını tamamilə, yenidən nəzərdən keçirilmədən dayandırdığında əmin olmaq istəyir. Çində müxbirlərlə görüşü zamanı cənab Bolton Çinin də eyni mövqedən çıxış etdiyini demiş, bu isə təhlilçilər arasında Pekinlə Vaşinqtonun ortaq zəmin əldə etdiklərinə dair fikirlərin yaranmasına yol açmışdı. Bu gün Çinin xarici işlər nazirliyinin sözçüsü Zang Qiyue hər iki ölkənin böhranın həllinə cəhd göstərdiyini demişdir. Xanım Zanq deyib ki, bütün bu səylər Koreya yarımadasında sülh və sabitliyə doğru atılan addımdır. Çin və Birləşmiş Ştatlar fevralın 25-də Yaponiya, Şimali Koreya, Cənubi Koreya və Rusiyanın iştirak edəcəyi danışıqların ikinci raundunda yer alacaq. Amerika və Şimali Koreyaya qonşu ölkələr ABŞ-ın beynəlxalq sazişlərə zidd hesab etdiyi gizli uran proqramı da daxil edilməklə, Şimali Koreyanın nüvə proqramlarına son qoymasını tələb edirlər. Pxenyan nüvə silahlarının yayılmaması ilə bağlı bir neçə sazişə imza atsa da, silahlara Amerikanın təhlükəsindən qorunmaq üçün ehtiyacı olduğunu bildirir. ABŞ-ın dövlət katibinin müavini Con Boltonun iki günlük Pekin səfəri nüvə silahlarının yayılamamsı məsələsi üzərində mərkəzləşmişdi. Birləşmiş Ştatlar Çinin prezident Buşun təklif etdiyi təhlükəszlik planında iştirak etməsini istəyir.

XS
SM
MD
LG