Accessibility links

Iranda qatar partlayışı nəticəsində ölənlər və yaralananlar var - 2004-02-18


İranın xəbərlər agentliyinin bildirdiyinə görə bu gün İranın şimal-şərqində qatar partyışı nəticəsində 200 nəfər həlak olmuş, yüzlərlə adam yaralanmışdır. Lakin yerli rəsmilər İran radiosu ilə bu rəqəmin xeyli az olduğunu deyir və 50-60 nəfərin həlak olduğunu bildirir. İran rəsmilərinin bildirdiyinə görə xilasetmə işçiləri kimyəvi maddələr daşıyan yük vaqonlarının yanğınını söndürməyə cəhd etdikləri vaxt partlayış baş vermiş və vaqonlar dəmir yolu xəttindən çıxmişdır. İran Dövlət Xəbər Agentliyinə istinadən partlayış nəticəsində Tehranın 650 kilometrliyində yerləşən Neyşapur şəhərinin beş kəndinə ciddi zərər dəymişdir. Parlayışın səsi 75 km-lik məsafədə eşidilmiş, gücü 10 km radiusu əharə edərək, pəncərə şüşələrini sındırmışdır. Xəbərlərdə həmin yük vaqonlarında yanacaq, sulfur maddəsi və gübrə olduğu bildirilir. Rəsmilər yaralanmiş yüzlərlə insanın yerli xəstəxanalara yerləşdirildiyini, ölən və yaralananların əksəriyyətinin yanğınsöndürənlər və yerli kənd sakinləri olduğunu deyirlər.

XS
SM
MD
LG