Accessibility links

Demokratların kampaniyaları kəskin xarakter alır - 2004-02-19


Demokrat partiyasından prezidentliyə namizədlər Con Kerri cə Con Edvards hazırda diqqətlərini azad ticarət məsələsinə yönəldiblər. Martın 2-də Amerikanın digər 10 ştatında keçiriləcək ilkin seçkilərdən əvvəl hər iki namizədin kampaniyası daha kəskin xarakter alıb. Dünən senator Edvards Con Kerrinin azad ticarət razılıqlarını dəstəkləməsini tənqid edərək, bu razılıqların Amerika xalqına on milyonlarla dollara başa gəldiyini demişdi. Senator Kerri isə rəqibinə cavab olaraq, onun da eyni razılıqlara səs verdiyini demişdir.

XS
SM
MD
LG