Accessibility links

Rusiya prezidenti hökuməti buraxıb - 2004-02-24


Rusiya Prezidenti Vladimir Putin prezident seçkilərindən üç həftə əvvəl hökuməti buraxmışdır. O, televiziya ilə çıxışı zamanı bildirib ki, seçkilərdən sonrakı siyasətini xalqa çatdırmaq üçün belə bir tədbirə əl atıb. Rusiya Prezidenti qərarının baş nazir Mixail Kasyanovun rəhbərliyi altındakı kabinetin nailiyyətlərini nəzərdən qacırmadığını bildirib. Cənab Kasyanovun vəzifədən kənarlaşdırılması gözlənilirdi. Vladimir Putinin martın 14-də keçiriləcək prezident seçkilərində qələbə çalacağı təxmin edilir.

XS
SM
MD
LG