Accessibility links

Senatda dinləmələr başlayıb - 2004-02-24


Bu gün Vaşinqtonda Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Senatın Kəşfiyyat Komitəsində keçirilən dinləmələrdə iştirak edir. Gorc Tenetin çətin suallarla üzləşəcəyi gözlənilir. Keçən ay ABŞ-ın keçmiş silah müffətişi David Key İraqda kütləvi qırğın silahlarının aşkar edilməməsinin səbəbini qeyri-dəqiq kəşfiyat məlumatları ilə izah etmişdir. Bu arada isə Nyu-York Tayms qəzetində dərc olunmuş məqalədə bildirilir ki, Almaniya kəşfiyyatı 2001-ci il sentyabırın 11-də Nyu-York və Vaşinqtonda terror hücumları həyata keçirilməzdən iki il qabaq təyyarəni qaçıran şəxsin adını və telefon nömrəsini Amerika tərəfinə təqdim etmişdi. Məqalədə qeyd olunur ki, Amerikalı rəsmilər bu məlumatın arxasınca ciddi düşməyiblər.

XS
SM
MD
LG