Accessibility links

Prezident Buş İranın parlament seçkilərinə görə təəssüfünü bildirib - 2004-02-24


Nəzarət Şurası 2400-ə yaxın islahatçı namizədi seçkilərə buraxmamaqla iranlıları azad və ədalətli seçkilərdən məhrum etmişdir-deyə prezident bildirmişdir. Prezident bəyanatında dünya iranlılarına qoşularaq, iki islahat tərəfdarı qəzeti bağlayan İran rejiminin söz azadlığını boğma cəhdlərini qınadığını bildirmişdir. Prezident Buş bu ölçülərin qanunun aliliyini pozduğunu və İran xalqının azad seçim haqqının əlindən alındığını demişdir.

XS
SM
MD
LG