Accessibility links

İsrail Fələstin yaraqlı qruplarına göndərilən pulları dondurmaq istəyir - 2004-02-25


İsrailin hərbi qüvvələri Fələstin yaraqlı qruplara göndərilən pullar barədə təhqiqatlar aparmaq məqsədi ilə İordan Çayının Qərb Sahilindəki Ramalllah şəhərinin banklarında reyd keçiriblər. Şahidlərin dediyinə görə əsgərlər iki banka daxil olub və ordakı kompyuterləri yoxlayıblar. Onlar bir gün əvvəl həmin kompyuterlərin mütəxəssilərini həbs ediblər. İsrailin əsgələri həmçinin Tulkarem şəhərinin İslam xeyriyyəçi bankına da reyd təşkil ediblər. İsrail bildirir ki, onun əsas məqsədi yaraqlı qruplar olan Həmas, İslamçı Cihad və Hizbullaha göndərilən pulları dondurmaqdır.

XS
SM
MD
LG