Accessibility links

Demokrat namizədlərin debatları davam edir - 2004-02-27


Demokrat partiysından prezidentliyə namizədlər İraq, homoseksulların nikahı və iqtisadi məsələlərlə bağlı debatlarını dünən Los Anjelesdə davam etdiriblər. Cənubi Kaliforniya universitetində təşkil edilən debatlar senator Con Edvard üçün 20 ştatda keçirilən ilkin seçkilərin 18-nin qələbəsini ədlə edən Massaçussets senatoru Con Kerri il rəqabətini davam etdirməsi üçün son imkanlardan idi. Martın 2-də Kaliforniya da daxil edilməklə, 10 ştatda keçiriləcək “super çərşənbə axşamı” seçkilərinə Con Edvards öz nailiyyətlərini əlavə etməlidir. Namizədlər debatlar zamanı prezident Buşun İraq müharibəsindən tutmuş iqtisadi məsələlərin öhdəsindən necə gəldiyi kimi müxtəlif mövzulara toxunmuşdular. Con Edvards demişdir ki, amerikalıların çoxu indi mali baxımdan əziyyət çəkir. Senator Kerri də prezidentin iqtisadi məsələlərə münasibətindən danışmışdı. “O, sosial təminat, uşaqlar, ətraf mühir, yeni iş yerlərinin açılışı kimi vədlərinin heç birinə əməl etməmişdir. Məncə bunlar əsl məsələlərdir”-deyə senator bildirmişdir. Namizədlər bundan əlavə cənab Buşun homoseksulların evlənməsinin yasaqlanması üçün konstitusiyaya əlavə edilməsi təklifini də kəskin tənqid etmişlər. Son günlər San-Fransisko şəhərində minlərlə homoseksual evlilik lisenziyası əldə etmişdi. Həm Con Edvards, həm də Con Kerri homoseksualların nikahının əleyhinə olsalar da, məsələnin hər bir ştatın özünün həll etməsinin tərəfdarıdırlar. Debatlarda Al Şarpton və konqresmen Dennis Kusiniç də iştirak etmişlər. Xatırladaq ki, partiyanın sol cinahını təmsil edən bu namizədlər yarışlardan cüzi dəstək topladıqlara gerə kənara çəkilməli olmuşdular. Demokratların əksəriyyəti üçün seçki kampaniyasında mühüm amil seçilmə imkanının olub-olmamasıdır. Son rəy sorğuları Con Edvardsın müstəqil seçicilərin dəstəyini əldə etdiyini göstərmişdir. Namizədlərin super çərşənbə axşamından əvvəl daha bir-bazar günü Nyu-Yorkda keçiriləcək debatlar kimi şansları var.

XS
SM
MD
LG