Accessibility links

ABŞ-Almaniya münasibətlərində gərginlik azalır - 2004-02-27


Bu gün prezident Buş Almaniya kansleri Gerhard Şröyderlə görüşüb, iqtisadi məsələləri müzakirə etməlidir. Cənab Şröyderin bildirdiyinə görə o, avronun dollar qarşısında dəyər itirməsi məsələsi müzakirələrin diqqət mərkəzində olacaq. Kansler bunun dünya ticarəti və iqtisadi artıma təhlükə olduğunu bildirir. Liderlərin həmçinin İraqda yenidənqurma, Əfqanıstanın durumu və Yaxın Şərqdə sülh səyləri məsələlərini də müzakirə edəcəkləri gözlənilir. Qeyd edək ki, İraq müharibəsindən sonra Almaniya və ABŞ münasibətlərində soyuqluq yaranmışdır. Lakin Amerika və Almaniya liderlərinin hazırda gərginliyin yüngülləşdirilməsinə doğru addım atdıqları müşahidə olunur.

XS
SM
MD
LG