Accessibility links

İraqın icraedici şurası yeni konstitusiya ilə bağlı razılığın əldə edilməsinə çalışır - 2004-02-29


İraqın icraedici şurası şənbə günü son möhlət bitəndən sonra müvəqqəti hökumətin konstitusiyası ilə bağlı son razılığın əldə edilməsi məqsədilə işi davam etdirir. Şuranın mətbuat katibinin bildirdiyinə görə, danışıqlarda iştirak edən tərəflər razılığın əldə edilməsinə yaxındırlar, lakin imzalama mərasimi çərşənbə günü şiə müsəlmanların bayramından sonra keçirələcək. Müzakirələrdə iştirak edən tərəflər İraq qanunçuluğunda islamın rolu və digər məsələlər ətrafında mövcud fikir ayrılıqlarını aradan qaldırmağa çalışırlar. Müvəqqəti hökumətin konstitusiyası iyunun 30-da, İraqda hakimiyyətin Birləşmiş Ştatlardan iraqlıların özünə keçməsilə qüvvəyə minməlidir. Bu arada, şənbə günü Bağdadda əldə düzəldilmiş bombanı yoxlayarkən Estoniya hərbi qüvvələrinin bir əsgəri həlak olub. Tallində Estoniyannı baş naziri Juhan Parts ölkəsinin İraqda 45 nəfərdən ibarət hərbi kontinqentini saxlayacağını bəyan etmişdir.

XS
SM
MD
LG