Accessibility links

Pakistanın hərbi qüvvələri Quetta şəhərində keşik çəkirlər - 2004-03-03


Bu gün prezident Pərviz Müşərrəf 43 adamın ölümü ilə nəticələnən hücumun məsullarının cəzalandırılacağına and içmişdir. Genaral Müşərrəf 150 adamın da yaralandığı hücumla bağlı istintaq aparılmasına göstəriş verib. Rəsmi nümayəndələrin bildirdiyinə görə ilkin təhqiqatlar bunun kamikadze hücumu olduğunu göstərir. Onlar dini mərasimə toplaşan şiələrin atəşə tutulduğunu və bundan sonra üzərlərində bomba olan hücumçuların bombaları işə saldığını deyirlər. Hücumçulardan biri sağ qalmış və hazırda nəzarət altındadır.

XS
SM
MD
LG