Accessibility links

ABŞ Haitidə hərbi qüvvələrin sayını artırır - 2004-03-03


Birləşmiş Ştatlar Haiti prezidenti Arisitidin ölkəni təkr etməsindən keçən üç gün ərzində təhlükəsizliyi bərpa etmək məqsədilə buraya ikiqat hərbi qüvvə göndərib. Hərbi dəniz qüvvələrinin zabitinin Amerikanın Səsinə bildirdiyinə görə, ötən gecə hərbi dəniz qüvvələrinin 500 əsgəri ölkəyə gəlib. Beləliklə, Haitidə Amerika əsgərlərini sayı 1000-ə çatır. Bu arada, Haiti hərbi qüvvələri və polisinə nəzarəti əllərinə aldıqlarını deyən üsyançılar paytaxt Port-o-Prensin küçələrində keşik çəkir. Birləşmiş Ştatlar üsyançıların hakimiyyətə gəlməsinə qəti etiraz edərək onları tərksilah olmağa çağırır. Dövlət Departamentinin nümayəndəsi siyasi keçidin Karib adları icmasının sülh planının şərtlərinə uyğun olaraq həyata keçirildiyini bəyan edib.

XS
SM
MD
LG