Accessibility links

K.Pauell Asiyaya səfərə hazırlaşır - 2004-03-06


Birləşmiş Ştatların dövlət katibi Kolin Pauell bu ay Hindistan, Pakistan və Əfqanıstana səfər etməlidir. İki il bundan əvvəl dövlət katibinin regiona səfəri Hindistan-Pakistan arasında silahlı qarşıdurma vaxtına təsadüf etmişdi. Mart ayının 14-ə planlaşdırılan səfəri zamanı cənab Pauell bu iki superqüdrətli dövlətin hazırkı sülh səylərinə dəstəyini nümayiş etdirməlidir. ABŞ dövlət katibinin Əl-Qaidə və Taleban döyüşçülərinin gizləndiyi təxmin edilən Pakistan-Əfqanıstan sərhəd bölgəsindəki hərbi əməliyyatlarla bağlı danışıqlar keçirəcəyi gözlənilir.

XS
SM
MD
LG