Accessibility links

Amerika-Meksika münasibətlərində yaxınlaşma hiss olunur - 2004-03-06


Bu gün prezident Buş Texasdakı rançosunda Meksika prezidenti Vincente Foksu qəbul edib. Müzakirələrin mühacirət və qarşılıqlı əlaqələr məsələləri ətrafında aparıldığı xəbər verilir. Liderlər prezident Buşun qeyri-qanuni mühacirlərə iş icəzəsi verilməsi ilə bağlı təklifini, Amerika-Meksika su sərhədləri, İraq və beynəlxalq təhlükəszlik məsələlərini müzakirə ediblər. Liderlərin görüşü sentyabrın 11-i terror aksiyalarından sonra sərhədlərlə bağlı yaranmış gənginliyin zəiflədilməsinə doğru addım hesab edilir. Qeyd edək ki, Meksika prezidenti Foks Corc Buşun İraqla bağlı siyasətini dəstəkləməmişdi.

XS
SM
MD
LG