Accessibility links

Tehran beynəlxalq ictimaiyyəti nüvə proqramlarının dinc məqsəd daşıdığına inandırmağa çalışır  - 2004-03-07


Rəsmi Tehran beynəlxalq ictimiayyəti nüvə proqramlarının dinc məqsəd daşıdığına əmin etmək üçün addımlar atdığını bəyan edib. BMT-nin nüvə agentliyi və İran arasında danışıqlarda xüsusi nümayəndə Həsən Ruhani deyib ki, İran Beynəlxalq Atom Enerjisi agentliyinin ölkənin nüvə proqramları ilə bağlı fəaliyyətlərinə dair təhqiqatı başa çatdımasını istəyir. Milli Təhlükəsizlik şurasının sədrinin açıqlamaları Beynəlxalq Atom Enerjisi agentliyinin İranın nüvə proqramlarını müzakirə etməsindən öncəyə təsadüf edir. BMT-nin nüvə agnetliyinin rəsmilərinin görüşü bazar ertəsi günü Vyanada keçiriləcək.

XS
SM
MD
LG