Accessibility links

Suriyada etiraz nümayişi keçirilib - 2004-03-08


Suriyanın paytaxtı Dəməşqdə insan hüququları fəallarının nümayişi polis təfərindən dağıdılmışdır. Şahidlərin dediyinə görə polis azadlıq və Suriyanın 40 ildir qüvvədə olan fövqəladə qanununun ləğvinə çağıran nümayişçilərdən 6 nəfərini həbs etmişdir. Həbslər Suriyanın Ərəb Sosialist Bəs Partiyasının hakimiyyətinin 41-ci ildönümünə təsadüf edib. Dəməşq küçələri Suriya bayraqları və prezident Bəşar Əl-Əsədi dəstəkləyən plakatlarla bəzənmişdır. Sağçı qruplar isə ölkədə milli etiraz günü elan ediblər.

XS
SM
MD
LG