Accessibility links

Azərbaycanda Flora Kərimovanın  səsinə azadlıq tələbi ilə kampaniya başlanıb.  - 2004-03-08


Yeni Müsavat qəzeti yazır ki, xalq artisti, sənətkar Flora Kərimovanın səsinə illərdən beri qoyulan yasaq bu gün de davam edir. Flora Xanımın səsi nə çoxsaylı efir məkanından, nə konsert salonlarından gelmir. Qəzet qeyd ki, əvvəllər müğənninin üzüne təkcə rəsmi dövlet kanalı - Az.TV bağlı idi. Amma son prezident seçkilerinden sonra hakimiyyətə yaxın bütün kanallar Az.TV-nin yolu ile gedir. İndi onlar da Flora xanımın köhne lent yazılarının səsləndirilməsinə imkan vermirler. Vəziyyət o həddə çatıb ki, Flora xanımın səsi olan bədii filmləri də efirə vermirler. Səbəb isə aydındır. Tanınmış sənət adamlarının bir çoxundan fərqli olaraq müstəqil mövqe ilə seçilən Flora Kerimova son prezident seçkilərində İlham Eliyevi deyil, “Bizim Azerbaycan” Blokunun prezidentliyə namizədi, Müsavat başqanı İsa Qemberi müdafie edib onun seçki kampaniyasında fəal iştirak edib. Flora Xanım hakimiyyəti kəskin tənqid etməkdən çəkinməyən ziyalılaran biri kimi tanınır.

Hakimiyyətin sevmədiyi sənətkarların azad fəalliyətinə qarşı bu cür qadağaların qoyulması bir qayda olaraq avtoritar rejimli dövlətlərdə baş verir. Yaranmış vəziyyəti deyişmək üçün, Hüquq müdafieçisi Rena Sadeddinova ve Mirvari Qehremanlı kampaniyaya başlayıblar. Rəna Səddədinova Flora xanımı Azərbaycanın 181- ci siyasi məhbusu hesab edir. (reportajı dinləyin)

XS
SM
MD
LG