Accessibility links

Respublikaçılar Con Kerrinin üzr istəməsini tələb edir - 2004-03-11


Prezident Buşun seçki kampaniyasının rəsmiləri demokrat partiyasından seçkilərdə namizəd olacağı gözlənilən Con Kerrinin respublikaçı opponentlərini “həyatında görmədiyi əyrilər və yalançılar qrupu” adlandırmasından sonra üzr istəməsini tələb edirlər. Cənab Kerri bu sözləri Çikaqoda fəhlələrlə görüşdə yaxasındakı mikrofon çıxarılandan sonra deyib. Con Kerrinin kampaniyasının nümayəndəsi bu sözlərin prezidentə deyil, son dörd ildə opponentlərinə qarşı hücumlara keçən respublikaçılara aid olduğunu demişdir. Prezident Buşun seçki kampaniyasının mətbuat katibi Mark Rossko cənab Kerrinin dediklərinin prezidentliyə namizədə yaraşmadığını və Massaçusets ştatından senatorun üzr istəməli olduğunu bildirib.

XS
SM
MD
LG