Accessibility links

ABŞ Əfqanıstanda yeni hərbi əməliyyata başlayıb - 2004-03-13


Birləşmiş Ştatların hərbi qüvvələri bildirirlər ki, ölkənin şərqində Əl Qaidə terror qrupunun üzvləri də daxil olmaqla yaraqlıları təmizləmək məqsədi ilə yeni əməliyyata başlamışlar. Birləşmiş Ştatların hərbi rəsmisi, leytenant Brian Hilferti deyib ki, koalisiya qüvvələrinin “Dağ qasırğası” adlanan əməliyyatı hökumətin əleyhinə olan üsyançılara qarşı aparılan axırıncı əməliyyatdır. Kabildə müxbirlərlə görüşündə Hilferti bildirib ki, yeni əməliyyatda koalisiya qüvvələrinin 13 min əsgəri iştirak edir. Lakin o, əməliyyatın detalları barədə heç nə deməyib. Birləşmiş Ştatlar və Əfqan hərbi qüvvələri Əl Qaidə üzvləri də daxil edilməklə Əfqanıstanın keçmiş Taliban rejiminin qalıqları ilə üz-üzə gəlirlər. Keçən ay xəbərlərdə Birləşmiş Ştatlar hərbiçilərinin ƏL Qaidənin qaçaq düşmüş lideri Usəma bin Ladeni yaxın vaxtlarda ələ keçirəcəkləri deyilirdi. Ancaq leytenant Hilferti bildirib ki, yeni əməliyyatın məqsədi hansısa bir şəxsi ələ keçirmək dəyil. O deyib ki, burada ancaq bir şəxsdən söhbət getmir. O, eləcə də əlavə edib ki, “Dağ Ğasırğası” əməliyyatı bu yay Əfqanıstanda keçiriləcək seçkilər zamanı sabitliyə zəmin olacaq. Koalisiyanin bu əməliyyatı Pakistanın yarımmüstəqil qəbilələrinin yaşadığı Vəziristan regionunun cənubunda xarici yaraqlılara qarşı keçirdiyi əməliyyatlarla eyni vaxta təsadüf edir.

XS
SM
MD
LG