Accessibility links

Haitidə Qeyi-Müəyyənlik Davam Edir - 2004-03-13


Haitinin yenicə təyin edilmiş baş naziri Gerard Latortuenin dediyinə görə münaqişə içində inləyən adaya azad seçkilərin keçirilməsindən ötrü iki illik keçid muddəti lazım gələcək. Bu gün Nyu York Times-da çap olunmuş müsahibədə baş nazir bildirib ki, o, bütün siyasi partiyalara və namizədlərə bərabər imkanların verilməsini və müstəqil Haiti bürokratiyasının yaradılmasını istəyir. Cənab Latortue qeyd edib ki, mühacirətdə olan keçmiş prezident Jean Bertrand Aristid üçün daimi yaşayış yerinin tapılması ölkənin müalicəsi üçün ilkin vacib merheledir. Cümə axşamı paytaxt Port o Prensdə polislə Aristidin tərəfdarları arasında baş vermiş münaqişə zamanı 2 Haitili öldürülüb və 6 nəfər yaralanıb.

XS
SM
MD
LG