Accessibility links

BMT Kipr danışıqlarının formatını dəyişdirir - 2004-03-13


Birləşmiş Millətlər Təşkilatı bölünmüş Kipr məsələsinin həlli üzrə aparılan danışıqların formatını dəyişdirəcəyini bəyan edir. BMT-nin Nikosiyadakı sözçüsünün dediyinə görə, Kiprin Yunan və Türk tərəfləri arasında birgə danışıqlar davam etdikcə, BMT-nin nümayəndəsi Alvaro de Soto hər tərəflə ayrıca məsləhətləşmələr aparacaq. Sözçünün qeydinə əsasən, Alvaro de Soto belə inanır ki, Kiprin 1 Mayda Avropa Birliyinə daxil olmalı olduğu vaxta qədər razılığa gəlinməsi üçün ayrıca danışıqların aparılması ən umidverici yoldur. Birləşmə haqda razılıq əldə olunmadan, adanın yalnız beynəlxalq ictimaiyyət tərəfindən tanınmış, Yunan rəhbərliyi altında olan hissəsi Avropa Birliyi uzvlüyünün verdiyi imtiyazlardan istifadə eda biləcək.

XS
SM
MD
LG