Accessibility links

İspaniyada parlament seçkilərində çox sayda seçici iştirak edir - 2004-03-14


Madriddə cümə axşamı bomba hücumlarından sonra bu gün çox sayda İspaniya vətəndaşı səsvermə məntəqələrində səs verib. Daxili işlər nazirliyinin bildirdiyinə görə, əhalinin 39 faizi günün yarısı artıq səsvermə məntəqələrində səs vermişdir. Bu, 2000-ci ildə seçicilərin 70 faizinin iştirak etdiyi seçkilərlə müqayisədə 4 faiz çoxdur. Madriddə səsvermə məntəqəsinə gələn Xalq partiyasının namizdəi Mariano Raxoy seçicilər tərəfindən təhqirlə qarşılaşmışdır. Kiçik bir qrup İspaniyanın İraq müharibəsində ABŞ-ı dəstəkləməsinə etirazını bildirib. Vəzifəsindən getməkdə olan baş nazir Xose Mariya Aznar da cümə axşamı baş vermiş hücumlarla əlaqədar təhqiqatla bağlı etirazlarla qarşılaşmışdır

XS
SM
MD
LG