Accessibility links

Rusiyada Vladimir Putinin prezident seçkilərində asanlıqla qələbə çalacağı gözlənilir - 2004-03-14


Rusiyada prezident seçkilərində seçkilərin baş tutduğunu deməyə əsas verən 50 faizlik kvorum əldə olunub. Rusiya Mərkəzi seçki komissiyasının sədri Aleksandr Veşnyakov Moskvada saat 4 radələrində müxbirlərə deyib ki, Rusiyanın 109 milyon seçicisinin 52 faizi artıq səs verib. Seçkilərdə Putinin qələbəsi həll olunmuş kimi görünür. Bu seçkilərdə məlum olmayan yeganə məsələ kvorumun neçə faiz olacağıdır. Bu arada, Çeçenistanda iki seçki məntəqəsi yaxınlığında bomba partlayışı baş verib. Xəsarət alan olmayıb.

XS
SM
MD
LG