Accessibility links

Türkiyə-İordaniya əməkdaşlığı genişləyir - 2004-03-16


İordaniya kralı Abdulla Türkiyə prezidenti Əhməd Necdet Sezerlə görüş məqsədi ilə Ankaradadır. Anadolu xəbər agentliyi prezident Sezerə istinadən bildirib ki, Yaxın Şərqdə sabitlik və müasirləşmə nümunəsi olan Türkiyə və İordaniya regionda sülhün qorunmasında əməkdaşlıqlarını davam etdirəcəklər. Kral Abdulla bildirib ki, zorakılıqlara son qoyulmalı, regionun sülh yoluna qayıtması üçün hər bir iş görülməlidir. Liderlərin müzakirələrinin İraq və İsrail-Fələstin məsələləri üzərində mərkəzləşdiyi bildirilir.

XS
SM
MD
LG