Accessibility links

İran qadını prezident ola bilərmi? - 2004-03-16


İran parlamenti qadınların prezident seçkilərində iştirakına yol verilib-verilmədiyini aydınlaşdırmağa çalışır. İranın rəsmi xəbər agenliyi İRNA-nın məlumatına əsasən İranın mühafizəkar Nəzarət Şurası konstitusiyanın qadınlara prezident seçkilərində iştirakı qadağan edib-etmədiyi müəyyən etməyə çağırır. Konstitusiyada deyilir ki, iranlı, müsəlman, siyasi şəxs və ya recal deyilən hər bir kəs prezident seçilmə hüququna malikdir. Məhz bu söz mübahisələrin mərkəzində yer alır. Eksperlətin fikrincə recal sözü kişi deməkdir. Amma İran konstitusiyasında istifadə edilən bu kəlmə müxtəlif mənada qəbul edilə bilər. Təhlilçilər recal sözünü qadınlara da aid edir və konstitusiyanın qadınlara prezident seçkilərində namizədliklərini irəli sürmələrinə haq verdiyini hesab edirlər. Lakin onlar Nəzarət Şurasının bununla razılaşacağını düşünmürlər. Eyni zamanda İranda qadınların namizədliklərini irəli sürəcəklərinə dair heç bir işarə yoxdur. Nobel sülh mükafatı laureatı Şirin İbadinin adı çəkilsə də, o özü belə bir niyyəti olmadığını bildirmişdir.

XS
SM
MD
LG