Accessibility links

Suriyada kürdlərlə ərəblər arasında toqquşmalar baş verir - 2004-03-17


Suriyanın kürd siyasi xadimləri və şahidlərin dediyinə görə dünən axşam Suriyanın şimalşərqindəki Hələb və Əfrin şəhərlərində təhlükəsizlik qüvvələri ilə kürdlər arasında toqquşmalar baş verib. Nəticədə 12 kürd həlak olub. Toqquşmalar kürdlərin İraqın Hələbcə şəhərinə kimyəvi hücumun 16-cı ildönümünü qeyd etdikləri vaxta təsaüf edir. Keçən cümə günü Qəmişli şəhərinin stadionunda futbul yarışı zamanı rəqib ərəb və kürd azarkeşləri arasında baş verən toqquşmalar nəticəsində 9 adam həlak olub. Ertəsi günü də 4 kürd öldürülmüşdür. Bu arada Suriya hökumətinin kürdlərə qarşı siyasəti əleyhinə İraqın şimalındakı Ərbil şəhərində minlərlə kürdün iştirakı ilə nümayiş təşkil edilmişdir.

XS
SM
MD
LG