Accessibility links

Amerika və Avropa arasındakı münasibətlər - 2004-03-19


Son bir neçə gündə Avropada cərəyan edən hadisələr Amerika-Avropa münasibətlərinə ciddi təsir göstərməkdədir. İspaniyadakı parlament seçkilərində Amerikapərəst mühafizəkarlar üzərində qələbə çalan Sosialistlər Amerika ilə münasibətlərini yenidən nəzərdən keçirəcəklərini, və BMT-nin İraqda aliliyi qəbul edilməzsə, 1300 nəfərlik İspan hərbi kontingentini İraqdan çıxaracaqlarını bəyan edirlər. O biri tərəfdən isə Amerikanın ən yaxın müttəfiqi olan Polşanın prezidenti Aleksandr Kvazinevski Kütləvi Qırğın Silahları məsələsində öz ölkəsinin yanlış istiqamətdə yönəldildiyini bildirməklə, Amerika hökumətini dolayı yolla tənbeh edib. Bütün bunlar ümumən geniş Avropa kütlələri arasında Amerikanın İraqda apardiğı müharibəyə qarşı olan əhval ruhiyyəni əks etdirir. Belə olan halda, Amerikalılar özləri Avropalılar haqda nə düşünürlər?

Bu gün Vaşinqton Post qəzetində Charles Krausammerin məqaləsi bu yönümdə Amerika mühafizəkarlarının mövqelərini dolğun əks etdirir. “İspanlar Təslim Olurlar” adlı yazıda cənab Krausammer İspanların terror hadisəsindən sonra sol təmayüllü Sosialistlərə səs verməsini Avropa ölkələrinin 1938-ci ildə Alman diktatoru Hitleri razı salmaq üçün bağladıqları Münxen sazişinə bənzədir. O vaxt da Birinci Dünya Müharibəsindəki 20 milyonluq itkilərdən gözü qorxan Avropalılar belə qənaətə gəldilər ki, müharibə etməkdənsə Hitlerlə razılığa gəlmə daha yaxşıdır, deyə müəllif yazır. Bu hərəkət nə qədər məntiqə uyğun olsa da qorxaqlığın təqdim etdiyi alternativ idi. Bu günlərdə isə yalnız 200 nəfər insan itirmiş İspanlar həmin bu alternativi seçdilər. Seçkilərdə qələbə çalan Sosialist partiyası terror hadisəsinə görə bu vəhşiliyi törətmiş barbarları yox, Amerikanı qinayır. Yazar Karusammerin fikrincə bu problem təkcə İspaniya ilə bağlı deyil, bütün Avropanı əhatə edir. Buna misal olaraq o, Avropa Komissiyasının prezidenti Romano Prodinin ifadəsini diqqətə yetirir: “Terrorizmə qarşı yalnız zorla mübarizə aparmaqla qələbə çalmaq mümkün deyil”, deyə Prodi qeyd edib. Bu ifadəni təhlil edən müəllif cənab Prodinin dedikləri ilə razılaşdiğını bildirir. Lakin Krausammerin fikrincə terrorizmi məğlub etməyin yolu terroristlərin qarşısında geri çəkilməkdə yox, bu terrorizmin yaranmasına rəvac verən diktatorial və səfil Ərəb-İslam dünyasının dəyişdirilməsində görür. Bunu isə bu gün Amerika İraqda həyata keçirməyə çalışırkən, Avropalılar öz yaxalarını kənara çəkirlər, deya yazar öz fikrini bitirir.

Eyni mövzuda Vaşington Post qəzetində və Nyu York Timesda çıxış edən Senator Cou Liberman və Amerika Müdafiə Naziri Donald Rumsfeld Avroplalıları Amerikanın İraqda apardığı mücadiləyə səsləyirlər. “Avropa ilə həmrəyliyin vaxtıdır” adlı yazısinda Co Liberman Avropalıları İslamist terrorçulara qarşı mübarizədə Amerika ilə birgə dayanmağa çağırır. Öz lovğalıgı ilə Avropalı müttəfiqləri narazı salan Buş administrasiyasını da eyni zamanda tənqid edən Demokrat Senator bütün bunlara baxmayaraq, Avropa ilə Amerikanın maraqlarının üst üstə düşdüyünü qeyd edir. Cənab Libermanın fikrincə İslamist terrorçuların əsas düşməni Amerika yox, demokratiya və azadlıq ideyalarıdır. İraq müharibəsinin başlanğıcının ildönümü münasibətilə yazdığı məqaləsində Amerika Müdafiə Naziri Donald Rumsfeld İraqda demokratiyanın bərqərar olnuması işində Amerikanın tutduğu kursu davam etdirəcəyini bəyan edir. Cənubi Koreyada olduğu zaman baş vermiş kiçik əhvalatı şərh edən cənab Rumsfeld yazır: Seulda məndan müsahibə alan bir jurnalist məndən sorşdu: “Niyə görə Cənubi Koreya oz cavanlarını ölmək və yarlanmaq üçün dünyanın o biri başına göndərməlidir” Bunun cavabına mən eyni sualı 1950-ci ildə Cənubi Koreyanın Kommunist totalitarizmindən azad eildməsi üçün vuruşmuş Amerikalı əsgərlərdən də soruşulmasını məsləhət gödüm. Koreya müharibəsi zamanı Amerika 33 min əsgərini itirdi. Əvəzində isə bu gün Şimali Kopreyadan fərqli olaraq Cənubi Koreyalılar azad və demokratik dövlətdə yaşayırlar. Buna dəyərdimi. Əlbəttə ki, dəyərdi. 2-ci Dünya Müharibəsi zamanı Fransanın, İtaliyanın, ALmaniyanın totalirarizmdən azad olunduğu kimi, bu gün İraq və Əfqanıstanda demokratiyanın qurulması da demokratik dünya ictimaiyyətinin maraqlarına xidmət edən mücadilələrdir, deyə cənab Rumsfeld bunu çətin mübarizə şəraitində həyata keçirən koalisiya əsgərlərinə öz təşəkkürünü bildirir.

Təbii ki, İraq məsələsi ilə bağlı bu mövqeyi bütün Amerikalılar böluşmürlər. Nyu York Times-dakı məqaləsində həmişə özünün qatı anti-Buş mövqeyi ilə seçilən Paul Kruqman, Amerika hökumətini dünya ictimaiyyətini azdırmaqda günahllandırır. Onun fikrincə Buş administrasiyasının Səddam Hüseyn təhlükəsini şişirtməsi və yanlş prinsiplər əsasında apardığı müharibəyə Avropa ölkələrini cəlb etməsi bu ölkələrdə öz hökumətlərinə qarşı mənfi münasibət yaradıb. İspaniyadakı seçkiləri də bu cəhətdən əsaslandıran Krugman təqsiri “Ya bizimləsiz, ya da terroristlərlə” şüarını rəhbər tutan Buş hökumətində görür.

XS
SM
MD
LG