Accessibility links

Prezident Buşun xalqa həftəlik radio müraciəti - 2004-03-20


Prezident Buş Amerika xalqına etdyi həftəlik radio müraciətində İraqa qarşı aparılan müharibəni bir daha dəstəkləyərək demişdir ki, İraqın sabiq lideri Səddam Hüseynin devrilməsi ilə Yaxın Şərqdə zorakılıq, işğalçılıq və sabitsizliyin mənbələri ləğv edilib. Səddamın süqutu onun illərlə qadağan olunmuş silahların istehsalını dayandırıb. Cənab Buş deyib ki, Yaxın Şərqdə ən pis rejimin yerinə tezliklə ən yaxşı bir hökumət təşkil ediləcək. Prezident Buşun bugünkü radio müraciəti Bağdad mehmanxanası daxil olmaqla bir sıra bomba partlayışları və raket hücumlarının baş verməsindən sonraya təsadüf edir. Prezident Buş deyib ki, Birləşmiş Ştatlar İraqın terrorçuların əlinə keçməsinə yol verməyəcək. Birləşmiş Ştatlar və onun koalisiyadakı həmkarları İraqın azadlığı uğrunda mübarizələrini davam etdirəcəklər. Demokrat partiyasının prezidentliyə namzədi senator Con Kerri dünən demişdir ki, prezident Buş İraq müharibəsinin başlanmasının səbəbləri haqda xalqa yalnış məlumat verib. İndi ölkə bunun dəyərini ödəyir.

XS
SM
MD
LG