Accessibility links

Israil Fələstin liderlərinə qarşı hücümları davam etdirəcək - 2004-03-23


İsrail liderləri Həmas lideri Şeyx Əhməd Yassinin qətlindən sonra zorakılıqların artdığı vaxt Fələstin yaraqlılarının liderlərinə qarşı kampaniyalarını davam etdirəcəklərini bildirirlər.İsrailin hərbi qərargahlar rəisi Moşe Yaalon bildirib ki, İsrail Fələstinin yaraqlı qruplarının liderlərinin hədəf alınmasına davam etdirəcək. O, Fələstin lideri Yasir Ərafat və Hezbullahın sədri Həsən Nəsrəllahın da İsrail tərəfindən qətlə yetiriləcəyini deyib. Tel-Əvivdə müxbirlərlə söhbəti zamanı hərbi komandir Şeyx Əhmədin qətlindən sonra hər iki liderin onların növbəsinin yaxınlaşdığını başa düşdüklərini demişdir. General Yaalon İsrailin sui-qəsd cəhdlərini sabitlik yolunda atılan müsbət addım kimi qiymətləndirmişdir. O demişdir ki, qətllər qısamüddətli zoraklqılara səbəb olsalar da, bunlar Qəzzada vəziyyəti sakitləşdirməyə nail olunmasına yardım edəcək. Bu gün İsrailin daxili təhlükəsizlik naziri Tsahi Haneqbi terrorist fəaliyyətlərində əli olan hər bir kəsin gözdən yayınmayacağını demişdir. Dünən İsrailin təhlükəszlik nümayəndələri 5 saatlıq görüşləri zamanı Həmas liderlərinə qarşı hücumların davam etdiriləməsi yollarını müzakirə etmişlər.

XS
SM
MD
LG