Accessibility links

Çinlə Şimali Koreya arasında danışıqlar davam edir - 2004-03-24


Bu gün Çinin xarici işlər naziri nüvə silahları proqramı ilə bağlı diplomatiyanın sürətləndirilməsi ümidi ilə Şimali Koreyanın lideri Kim Jonq-illə görüşüb. Şimali Koreyanın rəsmi KCNA xəbərlər agentliyinin bildirdiyinə görə Kİm Jonq-li və Çinin xarici işlər naziri Li Zaoksinq arasında danışıqlar dostluq şəraitində keçib. Lakin Şimali Koreya 6 tərəfli danışıqların növbəti mərhələsi ilə bağlı cənab Linin səyləri barədə məlumat vermir. Pekin Rusiya, Çin, iki Koreya Yaponiya və Birləşmiş Ştatların keçirdikləri danışıqların iki raunduna ev sahibliyi etmişdi. Birləşmiş Ştatlar və onun partnyorları Şimali Koreyanı nüvə silahı proqramından əl çəkməyə çağırırlar. Pxenyan isə Birləşmiş Ştatların düşmən siyasəti qarşısında o bu proqrama ehtiyacı olduğunu deyir. Birləşmiş Ştatların Şimali Koreyadakı keçmiş səfiri Çarls Pritçard bü gün Honq Konqda bildirib ki, o, Şimali Koreyanın Amerikada noyabr ayında keçiriləcək prezident seçkilərinə qədər 6 tərəfli danışıqlarda iştirak edəcəyinə şübhə edir və deyir ki, Şimali Kotreya heç kim tərəfindən daha yaxşı təklif almayacağını düşündüyü təqdirdə ABŞ-ın təklifini qəbul edə bilər. Şimali Koreyanın xarici işlər naziri Ban Ki-mun bu gün Şimali Koreyanın danışıqlara arxa çevirəcəyinə inanmadığını deyib. Şimali Koreya bildirib ki, Birləşmiş Ştatlar tərəfindən təhlükəsizlik və iqtisadi yardıma təminatı müqabilində nüvə proqramlarını dayandıra bilər. Vaşinqton isə Şimali Koreyanın inkişaf etdirməyəcəyinə söz verdiyi nüvə proqramının məhvi qarşılığında mükafata layiq olmadığını bildirir. Bierləşmiş Ştatlar Pxenyanın nüvə proqramının Amerika tərəfindən güzəşt əldə etməzdən əvvəl dayandırmalı olduğunu deyir. Klintonun hakimiyyəti və hazırkı administrasiya dövründə çalışan səfir Priçhard deyib ki, prezident Buşu razı salacaq bir təminatın əldə edilməsi çətin olacaq.

XS
SM
MD
LG