Accessibility links

ABŞ Əbu Dabidəki səfirliyini bağlayıb - 2004-03-24


Birləşmiş Ştatlar Əbu Dabidəki səfirliyini təhlükəsizlik səbəbi ilə müvəqqəti bağlamışdır. Lakin Birləşmiş Ştatlar rəsmiləri bu təhlükə barədə ətraflı məlumat verməyiblər. Bu gün Dubayda da Amerika konsulluğunun bağlandığını bildirilir. Dövlət Departamentinin xəbər verdiyinə görə Birləşmiş Ştatlar bazar ertəsi Həmas lideri Şeyx Əhməd Yasinin qətlindən sonra dünya ölkələrindəki bütün idarələrinə təhlükə ilə bağlı xəbərdarlıq vermişdir. Amerika Qəzza bölgəsində keçiriləcək hərbi əməliyyatlarla bağlı amerikaslıların oranı təcili tərk etməsi, İordan çayının Qərb sahili və Qəzza bölgəsinə gedənlərə səfərlərini təxirə salmaq barədə xəbərdarlıq vermişdir.

XS
SM
MD
LG