Accessibility links

BMT nüvə müfəttişləri İrana gediblər - 2004-03-27


Birləşmiş Millətlər Təşkilatının nüvə müfəttişləri Natanz və İsfahanda yerləşən 2 nüvə mərkəzlərinə baş çəkmək üçün İrana gəlmişlər. Onların bu səfəri rəsmi Tehran tərəfindən 2 həftə müddətində təxirə salınmışdı. Həmin vaxt Beynəlxalq Nüvə Enerjisi Agentliyinin sədarəti İranı öz nüvə proqramı haqda həssas informasiyaları açıqlamamağa görə tənqid etmişdi. Bu hadisələrə paralel olaraq, Los Angeles Times qəzeti xəbər verir ki, İran oz nüvə proqramının əsas elementlərini müfəttişlərdən gizlətmək üçün xüsusi komitə yaradıb. Qəzet Qərb diplomatlarına istinad edərək komitənin keçən il yaradıldığını və onun İranın rəhbər rəsmiləri qarşısında hesabat verdiyini açıqlayır.

XS
SM
MD
LG