Accessibility links

Prezidentliyə namizədlər iqtisadi planlarını açıqlayıblar - 2004-03-27


Prezident Buş və onun Demokrat rəqibi Senator Con Kerri Cümə günü ayrılıqda keçirdikləri seçki kampaniyası görüşlərində yeni iş yerlərinin açılmasını nəzərdə tutan iqtisadi platformalarını açıqlayıblar.

Senator Kerri özünün yeni iş yerlərinin açılması ilə bağlı təkliflərini Michigan ştatında etdiyi çıxışda açıqlayıb. Xatırlatmaq gərəkdir ki, bu ştat son illər işlərin xaricə ötürülməsi səbəbindən ciddi ziyan çəkib.

Massaçusetsli Demokrat bəyan edir ki, onun planı korporativ vergiləri endirməklə və şirkətləri iş yerlərini Amerikadan kənara ötürməyə sövq edən vergi əl yerilərini ləğv etməklə 4 il müddətində 10 milyon yeni iş yeri yaradacaq.

Cənab Kerri deyib: “Bizim indiki rəhbərliyimiz bizə Amerikalıları bir-birindən ayıran çivli məsələlər bəxş ediblər. Əsl iqtisadi plan əvəzinə onlar bizə mənfi hücumlarla dolu köhnə siyasət bəxş ediblər. Həqiqət budur ki, prezident öz seçki kampaniyasını keçmiş əməlləri üzərində qurmayıb; əksinə, yaxasını bu əməllərdən kənara çəkir.”

Senator Kerri yenidən söz verdi ki, o, Prezident Buşun varlılar üçün nəzərdə tutulan vergi endirimlərini ləğv edəcək, amma aşağı və orta-sinifli Amerikalıların vergilərinə toxunmayacaq.

Prezident Buş isə Nyu Meksikoda keçidrdiyi nümayişdə alternativ iqtisadi plan irəli sürüb. Prezident deyir ki, onun vergiləri endirməsi Birləşmiş Ştatlar iqtisadiyyatına stimul verib, xırda biznes sektorunu genişləndirib, iqtisadi artımı sürətləndirib və yeni iş yerlərinin açılması üçün zəmin yaradıb.

Prezident Buş deyib: “Amerikada yeni iş yerlərinin 70 faizi xırda biznes sahibkarları tərəfindən yaradılıb və odur ki, əgər sən işsizlikdən naratsansa, onda gərək bu ölkədəki xırda biznes sektoruna stimul verəsən, və bizim həyata keçirdiyimiz vergi endirimi məhz bunu edib.”

Terrozimə qarşı mübarizə və İraqdakı müharibə ilə yanaşı iqtisadiyyat qarşıdan gələn Noyabr seçkilərində başlıca məsələ olacaq.

İqtisadiyyatla bağlı duel forması daşıyan çıxışlar Demokratların Vaşinqtonda pul yığımı məqsədi ilə verdikləri nahardan 1 gün sonra baş verib. Həmin bu nahar məclisində Senator Kerri, keçmiş prezident Cimmi Karter, Bill Klinton və keçmiş vitse prezident Al Qor daxil olmaqla Demokrat partiyasının bir sıra görkəmli xadimləri iştirak etmişlər. Bill Klinton Demokratları xəbərdar etdi ki, Noyabra qədər olan müddətdə respublikaçılar Senator Kerry’ni çox liberal və mərkəzçi xəttdən uzaq olan siyasətçi kimi qələmə verməyə çalışacaqlar: “Onlar bu yaxşı adamı karikaturaya çevirməkdən ötrü əllərindən gələni edəcəklər. Onlar hakimiyyəti sevirlər. Onlar onu necə əldə etməyi və necə əldə saxlamağı bilirlər. Bizim partiyanın yeni lideri var. Biz bilirik ki, səhv istiqamətdə gedirik. O lider isə bu kursu dəyişdirmək üçün nə etmək lazım olduğunu bilir.”

Hər iki tərəf Noyabrda baş verəcək qizğın seçkilərə hazırlaşırlar. Son zamanlar həlledici ştatlarda keçirilmiş bir neçə sorğunun nəticələri bunun göstəricisidir. Ohio, Pennsylvania və Flordia kimi vacib ştatlarda keçirilən sorğular göstərir ki, prezident və Senator Kerri hazırda demək olar ki, seçicilər arasında bərabər dəstəyə malikdirlər. Bu isə hər iki namizədin indən Noyabra qədər bu ştatlara çoxlu səfər edəcəklərinə işarə edir.

XS
SM
MD
LG