Accessibility links

Həmasın yeni lideri İsraildən intiqam alınacağını bildirib - 2004-03-28


Fələstinin Həmas qrupunun yeni lideri Əbdel Əziz Rantisi prezident Buşu İslamın düşməni adlandırmişdır. Qəzza şəhərindəki mitinqdə çıxış edən cənab Rantisi prezident Buşu Allahın, İslamın və müsəlmanların düşməni kimi xarakrerizə etmişdir. O, eləcə də keçən həftə Həmasın həmsədrlərindən biri Şeyx Əhməd Yassinin qətlinin intiqamının İsraildən alınacağını bildirmişdir. Cənab Rantisinin İslam Universitetində təşkil edilən mitinqdəki çıxışı Şeyx Yassinin üç günlük matəmindən sonra ictimaiyyət qarşısında ilk çıxışı idi.

XS
SM
MD
LG