Accessibility links

Ədalət və İnkişaf Partiyasının qələbə çalacağı gözlənilir - 2004-03-28


Bu gün Türkiyədə keçirilən bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf partiyasının səs çoxluğu ilə qələbə əldə edəcəyi gözlənilir. Türkiyənin Avropa Birliyinə ilk müsəlman dövlət kimi üzvlüyünə çalışması da islamçı qrup üzvlərindən təşkil olunmuş bu partiyanın nüfuzunu artırmışdır. Seçicilər Türkiyənin 81 vilayətinin şəhər və yerli şuralarına 9300 namizəd arasından nümayəndələr seçirlər. Dünən rəqib partiyaları dəstəkləyənlər arasında baş verən qarşıdurmalar nəticəsində bir adam həlak olmuş, on nəfər yaralanmışdır. Bu gün isə seçkilər zorakılıqlara yol verilmədən keçirilib. Son ictimai rəy sorğularına əsasən Ədalət və İnkişaf partiyasının səslərin yarısından çoxunu toplayacağı gözlənilir. Hakim partiya 2002-ci ilin noyabrında keçirilən parlament seçkilərində böyük qələbə əldə etmişdi. Ədalət və İnkişaf partiyasının əsəs rəqibi dünyəviçi Respublikaçı Xalq Partiyasının səslərin 20 faizini əldə edəcəyi təxmin edilir. Türkiyənin böyük şəhərləri-paytaxt Ankara və İstanbula merlərin Ədalət və İnkişaf partiyasıdan seçiləcəyi gözlənilir. Lakin partiyanın adətən kürd tərəfdarı qruplar və dünyəviçi partiyaların qələbə çaldığı üçüncü böyük şəhəri İzmirdə hakimiyyəti ələ alacağı şübhə doğurur.

XS
SM
MD
LG