Accessibility links

İsrailin baş naziri Ariyel Şarona qarşı cinayət işi qaldırılacaq - 2004-03-28


İsrailin dövlət prokuroru baş nazir Ariyel Şarona qarşı rəsmən cinayət işi qaldırılmasını tələb edib. İsrailin Ədliyyə nazirliyinin bildirdiyinə görə, prokuror Ednal Arbel ittihamların irəli sürülməsinə başlamaq üçün ittihamnamə layihəsini baş prokurora təqdim edib. Baş prokuror Meni Mazizin məsələyə qarşıdan gələn həftələr baxacağı gözlənilir. Baş nazir Şarona qarşı 1991-ci ildə, o zaman o, xarici işlər naziri olduğu zaman bir neçə yüz min dollar rüşvət verildiyi iddia edilir. Bu arada, İsrail əsgərləri İordan çayının qərb sahilindəki Hebron şəhərində Əl-Qasa şəhidlər briqadasının üzvü Cəmil əl-Talın evində reyd keçirdikləri zaman onu qətlə yetiriblər. Bununla belə, qonşuları onun silahlı qrupa aid olmadığını bildiriblər. Həmin ərazidə başqa bir reyd zamanı fələstinli oğlanın qəfil güllənin qurbanı olduğu xəbər verilir.

XS
SM
MD
LG